E-Poçt info@flexy.az
Ünvan

Bakı ş., Nərimanov ray, Əhməd Rəcəbli küç 1/4

Sika yapışdırıcısı

Sika yapışdırıcısı

SIKA - Silikonlar Mövcudıuq:Stokda

İncə təbəqə üsulu ilə tətbiq edilən sement əsaslı yüksək performanslı C2TES1 sinfi kafel, plitə,keramika, granit, təbii daş, mərmər mozaika və kərpic yapışdırıcısı

SikaCeram®-205 All Plus məhsulu sement əsaslı, polimer əlavəli və digər kimyəvi qatqılarla gücləndirilmiş quru toz halında olan məhsuldur. Məhsul su ilə qarışdırılaraq yüksək elastikliyə malik, istifadəyə hazır homogen qarışıq əldə edilir və keramik plitə, kafel-metlax yapışdırıcısı kimi istifadə olunur.

İstifadə sahələri:
SikaCeram®-205 All Plus məhsulu bütün növ və ölçüdə keramik pilitələrin, kafel-metlax, təbii və süni daş, həmçinin su hopdurması olmayan daş və mərmər örtüklərin yapışdırılması üçün uyğundur. Eyni zamanda yüksək elastiklik və keyfiyyət tələb olunan səthlərdə (piyada hərəkət zolaqlarında, hovuzlarda və s.), beton, kərpic, suvaq, köhnə kafellər üzərinə yeni kafellərin vurulmasında, isti döşəmə çəkilişi zamanı üzərinə vurulacaq metlaxların yapışdırılmasında, daxili və xarici məkanların divar və döşəmələrində istifadə edilə bilər.