E-Poçt info@flexy.az
Ünvan

Bakı ş., Nərimanov ray, Əhməd Rəcəbli küç 1/4

Sika yapışdırıcı

Sika yapışdırıcı

SIKA - Silikonlar Mövcudıuq:Stokda

İncə təbəqə üsulu ilə tətbiq edilən sement əsaslı C2T sinfi kafel, plitə,keramika, granit, təbii daş, mərmər mozaika və kərpic yapışdırıcısı

SikaCeram®-201 məhsulu sement əsaslı, polimer əlavəli və digər kimyəvi qatqılarla gücləndirilmiş quru toz halında olan məhsuldur. Məhsul su ilə qarışdırılaraq istifadəyə hazır homogen qarışıq əldə edilir və keramik plitə, kafel-metlax yapışdırıcısı kimi istifadə olunur.

İstifadə sahələri:

SikaCeram®-201 məhsulu bütün növ kafel, keramika, metlax, təbii və süni daş, həmçinin su hopdurması dəyişkən olan hər növ örtüyün yapışdırılması üçün uyğundur. Beton, kərpic, suvaq, gipskarton lövhə (astar istifadə etməklə), köhnə kafellər üzərinə yeni kafellərin vurulmasında, isti döşəmə çəkilişi zamanı üzərinə vurulacaq metlaxların yapışdırılmasında, daxili və xarici məkanların divar və döşəmələrində istifadə edilə bilər.